81 yaşlı həkim üç uşaq anasını öldürdü - Video

81 yaşlı həkim üç uşaq anasını öldürdü - Video

İyunun 27-də Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında öd kisəsindən əməliyyat olunarkən həkim səhlənkarlığından damarları kəsilən Lumu Veyisova dünyasını dəyişib.

Bu barədə Axar.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. O da bildirilir ki, 3 uşaq anası, 33 yaşlı Lumu Veyisovanı həyata qaytarmaq mümkün olmayıb.

Xatırladaq ki, Lumu Veyisova öd kisəsindəki kəskin ağrılarla Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına iyunun 26-da daxil olub. 27 iyun tarixində isə həkim, 81 yaşlı Cəfər Quliyev onu əməliyyat edib. Əməliyyatdan sonra xəstənin vəziyyəti ağırlaşıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstənin yaxınları həkimin səhv etdiyini və xəstənin damarlarını kəsdiyini bildiriblər.

Hadisə ilə bağlı cərrah Cəfər Quliyevdən açıqlama almaq mümkün olmasa da, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası “Xəzər Xəbər”ə həkimin 81 yaşı olduğunu təsdiqləyib.

Xəzər Xəbər mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət