Mehriban Əliyeva: "Prezident olmaq barədə fikirləşmirəm"

Mehriban Əliyeva: "Prezident olmaq barədə fikirləşmirəm"


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva "Rossiya 1" telekanalına müsahibəsində gələcəkdə Prezident olub-olmayacağı barədə məsələyə aydınlıq gətirib.

Millitv.az xəbər verir ki, jurnalistin, "Nə vaxtsa bu ölkəyə rəhbərlik etmək, Prezident olmaq barədə düşünmüsünüzmü?" - sualına cavabında Azərbaycanın birinci xanımı deyib: "Bilirsinizmi, mən bu barədə fikirləşməmişəm və fikirləşmirəm. Bəli, mən, Azərbaycanın mənafelərini müdafiə edəcəyəm. Azərbaycan xalqı üçün önəmli olan xeyirxah işlər məhz budur. Odur ki, gələcəkdə nə olacağı barədə indidən fikir söyləmək tamamilə səmərəsiz məşğuliyyətdir".

Xatırladaq ki, sözügedən müsahibə hər bazar günü efirə çıxan "Dmitri Kiselyovla həftənin xəbərləri" ("Вести недели с Дмитрием Киселевым") verilişində yayımlanıb.



Millitv.az
Oxşar xəbərlər
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728 
Mədəniyyət